Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Malatya °C

İstanbulda Dünya Azərbaycanlı Elm Xadimlərinin Görüşü keçirilib

İstanbulda Dünya Azərbaycanlı Elm Xadimlərinin Görüşü keçirilib
REKLAM ALANI
10.12.2022
A+
A-

 

 

 

İstanbulda Dünya Azərbaycanlı Elm Xadimlərinin Görüşü keçirilib

2022

Resim

İstanbulda Dünya Azərbaycanlı Elm Xadimlərinin Görüşü keçirilib

Türkiyənin İstanbul şəhərində Dünya Azərbaycanlı Alimlərin Forumuna hazırlıq görüşü (Dünya Azərbaycanlı Elm Xadimlərinin Görüşü) keçirilib.

Resim

Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə iki ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Tədbiri açıq elan edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov görüşün əhəmiyyətinə diqqəti cəlb edib və Dünya Azərbaycanlılarının Şuşada keçirilən Zəfər Qurultayında Azərbaycan Prezidenti İlham Əliyevin xaricdə yaşayan azərbaycanlı alimlərin qüvvələrinin birləşdirilməsi ilə bağlı tövsiyəsini xatırladıb. Bildirib ki, məhz həmin tövsiyədən sonra xaricdə yaşayan azərbaycanlı alimlərin görüşlərinin keçirilməsi, onların potensialının Azərbaycanın xeyrinə istifadə olunması yolları ilə bağlı müzakirələr aparılıb. “Böyük hədəflər müəyyənləşdirilib. Bugünkü tədbirdə həmin hədəflərə bütün təfərrüatı ilə aydınlıq gətiriləcək. Dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin, xalqımızın haqq səsinin çatdırılması, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın öz haqları uğrunda mübarizəsinə digər ölkələrdə yaşayan həmvətənlərimiz, xüsusilə elm xadimləri öz töhfələrini verməlidirlər. Bu mənada sizin təşkilatlanmağınız və fəaliyyətinizi koordinasiya etməyiniz xüsusi əhəmiyyət kəsb edir”, – deyə Komitə sədri nəzərə çatdırıb.

Resim

14 ölkədən (Türkiyə, ABŞ, Fransa, Kanada, Almaniya, Avstriya, Qazaxıstan, Qırğızıstan, Rusiya, Gürcüstan, Cənubi Koreya, Estoniya, İsveç, Misir) 20 alimin iştirak etdiyi tədbirə dörd ölkədən (Çin, Yaponiya, Oman və Səudiyyə Ərəbistanı) azərbaycanlı elm adamı onlayn formatda qoşulub.

Resim

Ölkəmizin Zəfər Gününə həsr olunmuş videoçarxın nümayiş olunmasından sonra tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə alimləri salamlayıb və görüşün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Türkiyə Elmlər Akademiyası Şurasının üzvü, Sabahattin Zaim Universitetinin rektoru Prof.Dr. Ahmet Cevat Acar dünyadakı türk və azərbaycanlı həkimlərin ortaq çalışmalarının əhəmiyyətindən və bu gün daha vacib olmasından danışıb.

Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin rəhbəri Ülkər Səttarova beynəlxalq elmi layihələrin Azərbaycana gətirilməsi və gənc alimlərin formalaşdırılması işinə bugünkü toplantının töhfə verəcəyinə əminliyini ifadə edib.

Münhendəki Helmholtz Mərkəzinin (Hesablama Biologiyası İnstitutu) professoru, Humboldt mükaftı alan ilk azərbaycanlı alim, Azərbaycanın əməkdar elm xadimi Məsud Əfəndiyev görüşün əhəmiyyətindən danışmaqla yanaşı, Nobel mükafatı laureatı, Cənubi Kaliforniya Universitetinin Dana və Devid Dornsayf kimya kafedrasının müdiri, Amerika və İsrailin tanınmış alimi Arye Varşelin (Arieh Warshel) tədbir iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub. Arye Varşel İstanbul toplantısı iştirakçılarına uğurlar arzulayıb, gələn il keçirilməsi nəzərdə tutulan xaricdə yaşayan azərbaycanlı alimlərin forumunun keçirilməsini vacib təşəbbüs adlandırıb və Dünya Azərbaycanlı Alimlərin Forumuna dəvəti qəbul etdiyini bildirib.

Kanadanın Ontario ştatının Vaterloo Universitetinin sabiq prezidenti, mexanika mühndisliyi üzrə professor Ferudin Həmdullahpur “Sürətlə dəyişən dünyamızda Elm/sənət-Cəmiyyət-İqtisadiyyat Üçbucağı: ali təhsilin yeri və rolu” mövzusu üzrə təqdimatla çıxış edib.

Tədbirdə konsepsiyaya uyğun olaraq görüşün məqsədləri nəzərdən keçirilib, iştirakçıların rəy və təklifləri dinlənilib, əsas müzakirə mövzularının və formatının müəyyənləşdirilməsi üzrə İşçi qrupları formalaşdırılıb.

Dünya Azərbaycanlı Alimlərin Forumunun keçiriləcəyi ölkənin və məqsədəuyğun vaxtın seçilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/istanbulda-dunya-azerbaycanli-elm-xadimlerinin-gorusu-kecirilib-2046

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.