Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Malatya °C

Riqa şəhərində Zəfər və Bayraq günləri qeyd edilib

Riqa şəhərində Zəfər və Bayraq günləri qeyd edilib
REKLAM ALANI
13.11.2023
A+
A-

 

 

 

Riqa şəhərində Zəfər və Bayraq günləri qeyd edilib

, 2023

Riqa şəhərində Zəfər və Bayraq günləri qeyd edilib

Latviyanın paytaxtı Riqada Azərbaycanın Zəfər və Bayraq günlərinə həsr olunmuş təntənəli tədbir keçirilib.

 

 

 

Azərbaycanın Latviyadakı səfirliyinin və Azərbaycan diasporunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

 

 

Tədbir iştirakçılarını salamlayan Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov xalqımızın müasir tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə soydaşlarımızı təbrik edib. Bildirib ki, 8 Noyabr tarixi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən Ermənistanın 30 illik hərbi işğalından ərazilərimizin azad edilməsi və tarixi ədalətin bərqərar olması günü kimi xalqımız tərəfindən qürurla qeyd olunur. Antiterror tədbirləri nəticəsində indi Qarabağın hər şəhər və kəndində Azərbaycanın Dövlət Bayrağının dalğalandığını, Xankəndi şəhərinin mərkəzi meydanında parlaq qələbəmizin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirildiyini xatırladan səfir Qarabağ Zəfərinə aparan yolun başlanğıcının müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu işi məntiqi sonluğa çatdırdığını vurğulayıb.

Tədbir iştirakçılarını həm də 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edən səfir ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın Dövlət Bayrağının rəsmi qəbul edilməsinin tarixindən bəhs edib.

 

 

 

Ötən il Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayından danışarkən diplomat Latviyada Azərbaycan həqiqətlərinin çatdırılmasında diaspor nümayəndələrinin fəaliyyətinin əhəmiyyətini xüsusi qeyd edib.

Latviyada fəaliyyət göstərən “Azəri” cəmiyyətinin rəhbəri Ulduzxan Əhmədov çıxışında soydaşlarımızı bayramlar münasibətilə təbrik edib. Görkəmli dövlət xadimi Heydər Əliyev və Prezident İlham Əliyevin ölkəmizin tarixindəki əvəzsiz, misilsiz xidmətlərindən danışıb və Latviyada yaşayan həmvətənlərimizin xalqımızın haqq işinə daim dəstək olduqlarını bildirib.

 

 

 

 

Sonra Bakı Media Mərkəzi tərəfindən hazırlanmış “Zəfər Meydanı” sənədli filmi nümayiş olunub.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/riqa-seherinde-zefer-ve-bayraq-gunleri-qeyd-edilib-3794

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.