Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Malatya °C

“BİZ” anti-Azərbaycan qüvvələrə tutarlı cavab verib

“BİZ” anti-Azərbaycan qüvvələrə tutarlı cavab verib
REKLAM ALANI
08.02.2024
A+
A-

 

 

 

 

“BİZ” anti-Azərbaycan qüvvələrə tutarlı cavab verib
8 fevral, 2024

 

 

 

“BİZ” anti-Azərbaycan qüvvələrə tutarlı cavab verib

 

 

Azərbaycan tarixinə xalqımızın sarsılmaz birliyinin nümayişi kimi daxil olan 7 fevral növbədənkənar prezident seçkilərində xaricdə yaşayan azərbaycanlılar da öz mütəşəkkil davranışları ilə fərqləniblər.

 

 

 

Ötən il dekabrın sonunda dünya azərbaycanlılarının təşəbbüsü ilə yaradılmış “BİZ – Zəfər Yoluna Davam!” platforması xaricdəki Azərbaycan icmalarının Vətənə bağlılığının, dövlətimizin milli maraqlarının keşiyində möhkəm dayanmalarının mənzərəsini bir daha görməyə imkan yaradıb.

 

 

 

Xaricdə yaşayan soydaşlarımız fevralın 7-də təkcə “BİZ – Zəfər Yoluna Davam!” platforması üzərindən dünya azərbaycanlılarının səsvermə prosesində böyük fəallıqla iştirakını izləməyib, həmçinin bu platforma vasitəsilə Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasını həzm edə bilməyən ermənipərəst qüvvələrə tutarlı cavab verib, “yumşaq güc”ə çevrildiklərini nümayiş etdiriblər.

 

 

 

Soydaşlarımız səsvermə prosesində iştirakları ilə bağlı video və fotomaterialları müntəzəm olaraq platformada ictimailəşdirib, xaricdəki azərbaycanlıları səsvermə hüquqlarından istifadə etməyə dəvət ediblər.

 

 

 

 

“BİZ” həqiqətən diasporumuzun siyasi yetkinliyinin, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasına sadiqliyinin, 50 milyonluq azərbaycanlının qüdrətli orduya çevrilməsinin göstərcisi olub.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

Kaynak:https://diaspor.gov.az/az/news-detail/biz-anti-azerbaycan-quvvelere-tutarli-cavab-verib-4199

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.