Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Malatya °C

Dəyərli həmvətənlər, əziz dostlar!

Dəyərli həmvətənlər, əziz dostlar!
REKLAM ALANI
01.01.2023
A+
A-

 

 

 

 

Dəyərli həmvətənlər, əziz dostlar!

Dəyərli həmvətənlər, əziz dostlar!

Milli birlik və doğma vətənə bağlılığı təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.

2022-ci il diasporumuz üçün çox əlamətdar olmuşdur. 22-23 aprel 2022-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayı keçirilib. Qurultayda 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edib. Prezident İlham Əliyev tədbirdə geniş nitq söyləyib, azad Qarabağda, azad Şuşada keçirilən qurultayın əhəmiyyətini vurğulayıb, IV qurultaydan ötən müddət ərzində Azərbaycan diasporunun fəaliyyətinə qiymət verib və gələcək fəaliyyəti ilə bağlı tövsiyələrini çatdırıb.

Diasporla İş üzrə Dövlət Komitəsi Heydər Əliyev Fondu ilə birlikdə 2022-ci ilin 2-8 avqust tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Diaspor Gənclərinin III Yay Düşərgəsini təşkil edib. Bu möhtəşəm layihədə 50 ölkəni təmsil edən 115 nəfər iştirak edib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri, o cümlədən Qarabağ xanlığının banisi Pənahəli xanın varisi və Vətən Müharibəsi Qəhrəmanının övladı da olub.

Həm qurultaylar, həm də düşərgələr tarixində bu, Qarabağ torpağında – Şuşada keçirilən ilk tədbir olub.

Bundan başqa, 20-21 dekabr 2022-ci ildə Bakı və Şuşa şəhərlərində Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu keçirilib. Tədbirin yekununda birgə bəyanat qəbul olunub.

Cənab Prezident və hörmətli Birinci vitse-prezident tərəfindən soydaşlarımıza göstərilən diqqət və qayğı, verilmiş tövsiyələr birliyi, birgə fəaliyyəti tövsif edir. Bu istiqamətdə 2018-ci ilin aprel ayından başlanan işlər əsasında artıq 36 ölkəni əhatə edən 15 Koordinasiya Şurası fəaliyyət göstərir.

Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin koordinasiyasında Azərbaycan Evləri də mühüm yer tutur. 2022-ci ildə dünya ölkələri üzrə Azərbaycan Evlərinin sayı 13 ölkə üzrə 20-yə çatıb və bu işlər davam etdirilir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən “Qarabağ” və həftəsonu Azərbaycan məktəblərinin də sayı artmaqda davam edir. Məktəblərdə həm ana dili, ədəbiyyatı, tarixi öyrədilir, həm də rəqs, musiqi dərslərinə, şahmat və digər oyunlara geniş yer verilir.

Dünya azərbaycanlılarının lideri, Prezident İlham Əliyevin Zəfər Qurultayında səsləndirdiyi tövsiyələr, diaspor işinin təkmilləşdirilməsi və gücləndirilməsi məqsədilə hazırlanmış Strateji Yol Xəritəsi, eləcə də diaspor təşkilatları və üzvləri ilə görüşlər zamanı müəyyənləşdirilmiş istiqamətlər üzrə fəaliyyətlər davam etdiriləcəkdir.

Əziz həmvətənlər, bir daha hər birinizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edir, yeni ildə sizə və ailələrinizə cansağlığı, xoşbəxtlik, doğma Azərbaycanımızın inkişafı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/deyerli-hemvetenler-eziz-dostlar-2149

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.