Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Malatya °C

Stokholmda azərbaycanlı alimlə görüş keçirilib

Stokholmda azərbaycanlı alimlə görüş keçirilib
REKLAM ALANI
16.12.2023
A+
A-

 

 

 

 

Stokholmda azərbaycanlı alimlə görüş keçirilib

, 2023

Stokholmda azərbaycanlı alimlə görüş keçirilib

Stokholm şəhərində “Azərbaycan milli mədəniyyətinin təbliği” İctimai Birliyinin sədri, tədqiqatçı-jurnalist, filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova ilə görüş keçirilib.

 

 

 

 

İsveç-Azərbaycan Dərnəyinin (SAF) sədri Sevda Dadaşovanın təşəbbüsü ilə keçirilən görüşdə ölkəmizin İsveçdəki səfirliyinin əməkdaşları və diaspor nümayəndələri iştirak ediblər.

 

 

 

 

Görüş zamanı yazıçı Eluca Atalının moderatorluğu ilə Jalə Cəfərova Azərbaycan əsilli görkəmli türk rəssamı, ilk dəfə Atatürkün portretini çəkən İbrahim Safi ilə bağlı araşdırmalar aparmasının səbəbi, əldə etdiyi maraqlı faktların müəllifi olduğu və 2021-ci ildə nəşr etdirdiyi “Rəngləri danışdıran adam” kitabında yer aldığı barədə ətraflı danışıb.

 

 

 

Tədbir müəllifin eyniadlı kitabı əsasında rejissor-ssenarist Etibar Məmmədovun lentə aldığı “Rəngləri danışdıran adam” filminin nümayişi ilə davam etdirilib.

 

 

 

Görüşün sonunda müəllifin imzası ilə “Rəngləri danışdıran adam” kitabları soydaşlarımıza hədiyyə edilib. SAF sədri Sevda Dadaşova maraqlı görüşə görə müəllifə minnətdarlığını bildirib.

 

 

 

Tədbir çərçivəsində SAF-ın nəzdində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin şagirdlərinin ifasında görkəmli şair Səməd Vurğunun “Azərbaycan” şeiri, dahi bəstəkar Üzeyir Hacıbəyovun istiqlal şairi Əhməd Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdı Qara dəniz”, bəstəkar Cahangir Cahangirovun şair Rəfiq Zəkanın sözlərinə yazdığı “Cənnətim Qarabağ” mahnıları səsləndirilib və “Uzundərə” rəqsi təqdim edilib.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/stokholmda-azerbaycanli-alimle-gorus-kecirilib-3964

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.