Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Malatya °C

Almaniyadakı soydaşımız ABŞ dövlət katibinin köməkçisinə məktub ünvanlayıb

Almaniyadakı soydaşımız ABŞ dövlət katibinin köməkçisinə məktub ünvanlayıb
REKLAM ALANI
20.09.2023
A+
A-

 

 

 

 

Almaniyadakı soydaşımız ABŞ dövlət katibinin köməkçisinə məktub ünvanlayıb

, 2023

Almaniyadakı soydaşımız ABŞ dövlət katibinin köməkçisinə məktub ünvanlayıb

 

 

Almaniyada yaşayan Azərbaycan icmasının fəal üzvü Asəf Əsgər erməni separatizminin dəstəklənməsinin davam etdirilməsinin yolverilməzliyi ilə bağlı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimə məktubla müraciət edib.

 

 

 

Məktubda Qarabağdakı vəziyyətlə bağlı ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən 14 sentyabr tarixli dinləmələrdə dövlət katibi köməkçisinin beynəlxalq hüquq normaları və fundamental hüquq azadlıqları ilə bir araya sığmayan fikirlərinə etiraz edilib.

 

 

 

ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə dair üçtərəfli və ikitərəfli müzakirələr aparıldığını xatırladan diaspor fəalı hesab edir ki, onun köməkçisinin dinləmələr zamanı Qarabağ separatçılarını dəstəkləyən çıxışı həmin vasitəçiliyə və sülh prosesinə zərbədir.

 

 

 

“Dağlıq Qarabağın erməni xalqı” termininə cavab olaraq soydaşımız dövlət katibi köməkçisindən soruşub: “Belə məntiqlə düşünmək olar ki, biz niyə bir milyondan artıq erməninin yaşadığı Kaliforniya barədə “Kaliforniyanın erməni xalqı” kimi danışmırıq?”

Azərbaycanın Qarabağ bölgəsindən indiyədək çıxarılmayan qeyri-qanuni erməni hərbi birləşmələrinin Rusiya sülhməramlı qüvvlərinin müvəqqəti nəzarətində olan Azərbaycan torpaqlarında hər gün səngər qazmaqla, mövqeləri möhkəmləndirməklə məşğul olduğunu xatırladan soydaşımızın dövlət katibi köməkçisinə növbəti sualı belə olub: “Kiminlə hərbi toqquşmaya hazırlaşa bilərlər?”

 

 

 

Bu dinləmələrdə Azərbaycan tərəfinin nümayəndəsinin olmadığı demokratiya, söz azadlığı və insan hüquqlarının qorunması prinsiplərinə zidd hərəkət kimi qiymətləndirilib, dinləmələrin təşəbbüskarlarının özlərinin fəaliyyətinin araşdırılmasının vacibliyi diqqətə çatdırılıb.

Bildirilib ki, Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü beynəlxalq hüquqa uyğun olaraq dərhal dəstəkləyən ABŞ bənzər davranışı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə göstərməyib. Halbuki Azərbaycan qlobal enerji təhlükəsizliyi və beynəlxalq terrorizmlə mübarizədə ABŞ-ın vacib tərəfdaşıdır.

 

 

 

Qarabağın mültikultural, sülhsevər Azərbaycan dövlətinin daxili işi olduğunu xüsusi vurğulayan soydaşımız ABŞ dövlət katibinin köməkçisini beynəlxalq hüquq normalarına əməl etməyə və müvafiq olaraq öz öhdəliklərini yerinə yetirməyə çağırıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/almaniyadaki-soydasimiz-abs-dovlet-katibinin-komekcisine-mektub-unvanlayib-3471

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.