Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Malatya °C

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Qloballaşan dünyada yeni tələblər..”, ÖZEL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Qloballaşan dünyada yeni tələblər..”, ÖZEL
REKLAM ALANI
16.03.2024
A+
A-

Azərbaycan Millət vəkili Məşhur Məmmədov,
“Qloballaşan dünyada yeni tələblər..”, ÖZEL

 

Millet vekili Meşhur Memmedov,

“Qloballaşan dünya sürətlə dəyişir. Bəşəriyyətin inkişafı üçün həyati əhəmiyyət kəsb edən qloballaşmanın faydaları qeyri-bərabər bölüşdürülür.
Qloballaşma istər dünya miqyasında, istərsə də ölkə daxilində keyfiyyətcə yeni iqtisadi və maliyyə mühitinin formalaşmasına yol açır. Mütəxəssislərin əksəriyyəti hesab edir ki, beynəlxalq iqtisadi münasibətlərin liberallaşması eyni tipli qanunlarla idarə olunan, vahid və yaxud yüksəkdönərli ödəmə vasitələrindən istifadə edilən vahid və yekcins qlobal bazar məkanının yaranmasını sürətləndirir. İqtisadiyyatın dövlət tənzimlənməsi nəticəsində ölkələrarası mövcud maneələr getdikcə aradan qaldırılacaq. Bu isə rəqabətin qlobal xarakter almasını təmin edəcək, dünya ehtiyatlarından daha səmərəli istifadə edilməsinə səbəb olacaq. Qloballaşma zamanı müsbət hadisələrlər yanaşı, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Geosiyasi dəyişikliklər baş verir.
Ona görə də qloballaşmanın ümumbəşəri əhəmiyyət kəsb edən problemlərindən biri bu prosesin ölkələr arasında inkişaf səviyyəsi baxımından olan kəskin fərqə necə təsir etməsi, qloballaşmanın faydalarının ölkələr arasında necə bölünməsi problemidir.
Müasir mərhələdə heç bir dövlət həmin proseslərdən kənarda qala bilməz.
Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var.
Gedişatlar göstərir ki, Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir.
Forum iştirakçılarının sayının rekord həddə olması da sadalanan müsbət hadisələrə daxildir. XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Qonaqların arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir.
Prezident İlham Əliyevin cari ilin 14 mart tarixində “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı qeyd etdiyi kimi, Regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə, onların daha geniş fəsadları var. Bir il bundan əvvəl burada ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır.
Uzun illər ərzində münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdik. İkinci Qarabağ müharibəsindən əvvəl hər il ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdıq və bu barədə danışmağa davam edirdik, çünki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdik.
Ədalət gözlədiyimiz keçmiş Minsk qrupunun 28 illik fəaliyyəti ərzində nəticə sıfra bərabər idi. İndi biz keçmişə nəzər salıb 28 ilin necə keçdiyini təhlil edəndə tam əmin oluruq ki, Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq, Ermənistan işğalını əbədi etmək və işğalla barışmalı olduğumuzun qaçılmazlığı barədə bizimlə danışıqlar aparmaq olub.
Əfsuslar olsun ki, münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində bütün cəhdlərimiz uğursuz oldu. Münaqişənin hərbi-siyasi yolla həlli faktiki olaraq göstərir ki, sülhə nail olmaq üçün bəzən hərbi variantdan istifadə edilməlidir.
İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir.
Son 3-4 il ərzində Azərbaycanda baş verənlər təkcə lokal xarakter daşıyan bir məsələ deyil. Bunun artıq çox müsbət təsiri var və söhbət təkcə Cənubi Qafqazdakı vəziyyətdən getmir. Bu, həll olunmayan kimi görünən münaqişələrin həlli üçün bir model olaraq istifadə edilə bilər.
Yuxarıda qeyd etdiyim kimi, Qarabağ məsələsi öz həllini tapdıqdan sonra biz sülhə çox yaxınıq. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Əminik ki, yaxın zamanlarda buna nail olacağıq.”

 

Ülker PİRİYEVA/AZERBAYCAN

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.