Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Malatya °C

Azərbaycanın Fransadakı səfiri bu ölkədə fəaliyyət göstərən diasporumuza təşəkkürünü bildirib

Azərbaycanın Fransadakı səfiri bu ölkədə fəaliyyət göstərən diasporumuza təşəkkürünü bildirib
REKLAM ALANI
19.12.2023
A+
A-

 

 

 

 

Azərbaycanın Fransadakı səfiri bu ölkədə fəaliyyət göstərən diasporumuza təşəkkürünü bildirib

2023

 

 

 

Azərbaycanın Fransadakı səfiri bu ölkədə fəaliyyət göstərən diasporumuza təşəkkürünü bildirib

 

 

 

 

Fransanın paytaxtı Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

 

 

 

 

Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Parisdə və Avropanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, “Qarabağ” və “Natəvan” Azərbaycan həftəsonu məktbinin şagirləri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə soydaşlarımızı təbrik edib. O, 2023-cü ilin ölkəmiz üçün önəmli hadisələrlə yadda qaldığını söyləyib. Bildirib ki, bu il müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyi dünya ölkələrində, eləcə də Fransada təntənəli şəkildə qeyd edilib. Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi ilə Azərbaycan ərazilərinin suverenliyi tam bərpa olunub. Qarabağdakı qələbəmizin dövlətimizin, xalqımızın, eləcə də xaricdə yaşayan azərbaycanlıların birlik, həmrəylik, qürur rəmzinə çevrildiyi və diasporumuzu daha da mətinləşdirdiyi vurğulanıb. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il Azərbaycanda keçiriləcəyi xəbəri Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsi və beynəlxalq ictimaiyyətin Azərbaycana yekdil dəstəyinin təzahürü kimi qiymətləndirilib. UNESCO-da da ölkəmizin uğurlar əldə etdiyini vurğulayan səfir regionumuzun sülhə və münasibətlərin normallaşmasına çox yaxın olduğunu nəzərə çatdırıb.

 

 

 

 

Səfir müxtəlif ölkələrdə, o cümlədən Fransada Azərbaycanın gücünü, qələbəsini, ərazilərinin tam suverenliyinin bərpa edilməsini qəbul edə bilməyən qüvvələrin ölkəmizə qarşı əsassız iddialar səsləndirməsi məsələsinə də toxunub. Qeyd edib ki, hüquq, ədalət və haqq Azərbaycanın tərəfində olduğu üçün dövlətimiz, xalqımız və diasporumuz belə əsassız iddialara qürurla cavab verib və verəcək.

O, Azərbaycanın təşviqi və təbliğində rolu olanlara, Nant şəhərindəki “Qarabağ” və Parisdəki “Natəvan” məktəblərinin açılmasında və fəaliyyətində rolu olan diaspor üzvlərinə, eləcə də assosiasiyaların rəhbərlərinə təşəkkür edib.

 

 

 

 

Tədbirdə çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev xalqımızın tarix boyu hər bir çətinlikdən üzüağ çıxdığını və hər zaman uğurlara imza atdığını xatırladıb. Mədəniyyətin sərhəd tanımadığını və heç kimin Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliğatının, təşviqatının qarşısını ala bilməyəcəyini söyləyib.

 

 

 

 

Bədii hissədə təqdim olunan konsert proqramında əməkdar artist İlkin Əhmədov, musiqiçilər Elnur Mikayılov (kamança), Kamal Nuriyev (tar), Vüsal Bayramov (nağara) və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Parisdə və Nantda fəaliyyət göstərən “Natəvan” və “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin şagirdlərinin ifalarında Azərbaycan xalq mahnıları və şeirlər səsləndirilib. Azərbaycan Dövlət Akademik Musiqili Teatrın baş baletmeysteri, əməkdar artist Emin Əliyev və Bakı Xoreoqrafiya Akademiyasının müəllim-xoreoqrafı Kamilə Əliyeva milli rəqslərimizi təqdim ediblər.

Tədbir çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) təşkilatçılığı ilə dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş fotosərgi nümayiş etdirilib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycanin-fransadaki-sefiri-bu-olkede-fealiyyet-gosteren-diasporumuza-tesekkurunu-bildirib-3974

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.