Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Malatya °C

İsraildəki Azərbaycan diasporuna ağır itki üz verib

İsraildəki Azərbaycan diasporuna ağır itki üz verib
REKLAM ALANI
18.07.2023
A+
A-

 

 

 

İsraildəki Azərbaycan diasporuna ağır itki üz verib

2023

İsraildəki Azərbaycan diasporuna ağır itki üz verib

 

 

 

 

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü, Ağsaqqallar Şurasının sədri, İsraildəki Rusdilli Yazıçılar İttifaqının üzvü, İsraildə populyar “Qafqaz qəzeti”nin və “Mirvari” ədəbi-publisistik almanaxının redaksiya heyətinin üzvü Mixail Aqarunov ömrünün 87-ci ilində vəfat edib.

 

 

 

4 dekabr 1936-cı il tarixində Bakıda dünyaya gələn Mixail Aqarunov Azərbaycan Dövlət Universitetinin və Moskva Dövlət Universitetinin kimya fakültəsini, Moskvadakı Mərkəzi Patentşünaslıq İnstitutunu bitirib. 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun elmi əməkdaşı kimi fəaliyyətə başlayan Mixail Aqarunov öncə yarımkeçiricilər kimyası sahəsini öyrənib, sonra raket yanacağı komponentlərinin tədqiqi ilə məşğul olub. 1969-cu ildə “Metilxlorosilanların termokimyəvi tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. ABŞ, Almaniya, Niderland və digər ölkələrin elmi nəşrlərində kimyəvi termodinamika və termometriyaya dair elmi əsərləri çap olunub. Bir sıra ixtiraların müəllifi olan alimin əldə etdiyi empirik məlumatlar, demək olar ki, dünyanın bütün termokimyəvi arayış kitablarına daxil edilib.

 

 

 

Sonra “Gipromorneftegaz” Dövlət Tədqiqat və Layihə İnstitutunun patent şöbəsinə rəhbərlik edib. 1992-ci ildə MDB ölkələrinin patent qanunvericilik layihəsi üzrə Dövlətlərarası Komissiyada iştirak edib. 1997-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının professoru fəxri adına layiq görülüb.

 

 

 

1986-cı ildən Azərbaycandakı dağ yəhudilərinin mədəniyyətinin inkişaf tarixinin öyrənilməsi prosesinə qoşulub və bu tədqiqatlarda atası Yakov Aqarunova kömək edib. İctimai-siyasi xadim olan atası 25 ildən artıq neft sənayesi sahəsində rəhbər partiya vəzifələrində çalışıb, İkinci Dünya müharibəsi illərində Bakı neftçilərinin rolu haqqında iki kitab yazıb.

Atasının ölümündən sonra onun dağ yəhudiləri ilə bağlı araşdırmalarını davam etdirən Mixail Aqarunov “Kiçik xalqın böyük taleyi” kitabını, “Tat (yəhudi) – Rus dili lüğəti” kitablarını, “Azərbaycan dağ yəhudiləri: tarix, etnoqrafiya, mədəniyyət, dil” biblioqrafik göstəricisini, “Dağ yəhudilərinin dili” monoqrafiyasını nəşr etdirib, “Rusiya Yəhudiləri Ensiklopediyası” üçün materialların hazırlanmasında fəal iştirak edib.

2004-cü ildən İsrailə repatriasiya edən Mixail Aqarunov dost ölkədə Azərbaycan həqiqətlərinin təbliği, xalqlarımızın dostluğunun möhkəmləndirilməsi prosesində fəal iştirak edib. 2006-cı ildən “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü seçilib. Ümumdünya Yəhudi Konqresinin 10-cu Baş Assambleyasının, Avrasiya Yəhudi Konqresinin təsis qurultaylarının, Rusdilli Yəhudilərin Ümumdünya Konqresinin və Dağ Yəhudilərinin Ümumdünya Konqresinin nümayəndəsi olub.

2011-ci ildə beynəlxalq dağ yəhudilərinin STMEGI saytının virtual sorğusu zamanı “İlin adamı” nominasiyasının qalibi adını qazanıb. Azərbaycan Respublikasının “Tərəqqi” və “Diaspor fəaliyyətində xidmətə görə” medalları ilə təltif edilib.

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsi bu ağır itkidən kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının və İsraildəki Azərbaycan düasporunun bütün fəallarına dərin hüznlə başsağlığı verir. İsraildə Azərbaycan diasporunun inkişafında böyük xidmətləri olan Mixail Aqarunovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/israildeki-azerbaycan-diasporuna-agir-itki-uz-verib-3223

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.