Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Malatya °C

Mayamidə “Vətən nəğmələri” adlı konsert və Azərbaycan icması ilə görüş keçirilib

Mayamidə “Vətən nəğmələri” adlı konsert və Azərbaycan icması ilə görüş keçirilib
REKLAM ALANI
29.07.2023
A+
A-

 

 

 

 

Mayamidə “Vətən nəğmələri” adlı konsert və Azərbaycan icması ilə görüş keçirilib

 

2023

 

 

 

 

Mayamidə “Vətən nəğmələri” adlı konsert və Azərbaycan icması ilə görüş keçirilib
ABŞ-ın Florida ştatının Mayami şəhərində Azərbaycana həsr olunmuş “Vətən nəğmələri” adlı konsert və Azərbaycan icması ilə görüş keçirilib.

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Florida Azərbaycanlıları İcmasının təşkilatçılığı ilə baş tutan tədbirdə türk diasporunun da nümayəndələri iştirak ediblər.

Görüş iştirakçılarını salamlayan Komitə sədri Fuad Muradov 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin təbliği məqsədilə Florida ştatında geniş məlumatlandırma kampaniyası apardıqlarına görə icma üzvlərinə minnətdarlığını bildirib.

 

 

 

 

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında səsləndirdiyi tapşırıq və tövsiyələri xatırladan Komitə sədri dövlət başçımızın “Əlbəttə, biz hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, yaxşı olar” fikrinə diqqəti cəlb edib.

 

 

 

 

Sonra xaricdə yaşayan həmvətənlərimizin həmrəyliyinin təmin olunması və post-müharibə dövründə Azərbaycan həqiqətlərinin, mədəniyyətinin daha güclü və mütəşəkkil şəkildə Florida ictimaiyyətinə çatdırılması naminə xaricdəki Azərbaycan icmalarının birlik mexanizmləri haqqında ətrafllı məlumat verib. Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin və Azərbaycan həftəsonu məktəblərinin fəaliyyət istiqamətlərindən danışıb.

 

 

 

 

Tədbirdə Florida Azərbaycanlıları İcmasının rəhbəri Esmira Bayramova, Nova Southeast Universitetindəki Azərbaycanlı Tələbələr Assosiasiyasının idarə heyətinin üzvü Lalə Orucova və Cənubi Azərbaycan əsilli yazıçı, “Jirtdan’s Halloween” kitabının müəllifi Dərya Hodai çıxış ediblər. Onlar təmsil etdikləri təşkilatların fəaliyyətindən və gördükləri işlərdən bəhs ediblər.

İcma üzvləri görüşün və konsert proqramının təşkil olunmasına görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını bildiriblər. Komitənin soydaşlarımızı daim bir araya gətirərək Azərbaycan həqiqətlərini, mədəniyyətini yerli ictimaiyyətə çatdırılması və eyni zamanda istedadlı soydaşlarımızın tanıdılması istiqamətində hər zaman dəstək göstərdiyi bir daha nəzərə çatdırılıb.

 

 

 

 

Rəsmi hissədən sonra tarixi vətənini dünyada təmsil edən, ABŞ-da yaşayan azərbaycanlı musiqiçi Xan Bəyli (Şirvan Ağabəyli) Azərbaycana həsr olunmuş “Vətənin nəğmələri adlı” solo konsertlə çıxış edib. Konsertdə “Səslə məni”, “Sevirəm, “Azəri torpağı”, Azərbaycan maralı”, “Gəl yanıma”, “Reyhan”, “Yalan” və digər Azərbaycan xalq və bəstəkar mahnıları səslənib. Tədbir iştirakçıları Xan Bəylinin və onu müşayiət edən musiqiçi qrupun ifasını alqışlarla qarşılayıblar.

 

 

 

 

 

Konsertdən sonra soydaşlarımız Azərbaycanın tarixi və coğrafi önəmini, eləcə də Şərq-Qərb mədəniyyətini özündə ehtiva edən müasir musiqi mərkəzi olduğunu nümayiş etdirən konsertin soydaşlarımızın bir araya gəlməsində mühüm rol oynadığını nəzərə çatdırıblar. Bundan sonra da mədəniyyətimizi xaricdə təbliğ edən azərbaycanlı musiqiçilərin konsertlərinin daha çox təşkil edilməsinin vacibliyini bildiriblər.

Qeyd edək ki, Azərbaycan əsilli Xan Bəyli Ukraynada doğulub. Onun ailəsi 80-ci illərin sonunda Azərbaycandan Ukraynaya köçüb. İlk musiqi təhsilini Ukraynada alıb, sonradan Azərbaycanda və Bostonda təhsilini davam etdirib. Berkli Musiqi Kollecini bitirib. Öncə Nyu-Yorkda, indi isə Florida ştatında fəaliyyət göstərir. Onun repertuarında əsas yeri Azərbaycan mahnıları tutur. O, ABŞ-dakı bütün konsertlərində doğma yurdun nəğmələrini ifa edir.

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycanı təbliğ etmələri məqsədilə mədəniyyət, incəsənət və idman sahəsində xüsusi istedadı olan diaspor nümayəndələrinin fəaliyyətini dəstəkləyir.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/mayamide-veten-negmeleri-adli-konsert-ve-azerbaycan-icmasi-ile-gorus-kecirilib-3284

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.