Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Malatya °C

Millet vekili Meşhur Memmedov, “Azərbaycanın suverenliyinin tam bərpa edilməsi ilə ölkəmizin həyatında yeni dövr başladı..”, ÖZEL

Millet vekili Meşhur Memmedov, “Azərbaycanın suverenliyinin tam bərpa edilməsi ilə ölkəmizin həyatında yeni dövr başladı..”, ÖZEL
REKLAM ALANI
14.06.2024
A+
A-

Millet vekili Meşhur Memmedov, “Azərbaycanın suverenliyinin tam bərpa edilməsi ilə ölkəmizin həyatında yeni dövr başladı..”, ÖZEL

Açıklama yok.

 

Millet vekili Meşhur Memmedov,

Dörd ildir ki, bayramlarımızı, əlamətdar günləri Zəfər sevinci ilə qeyd edirik. Ötən ilin 20 sentyabr tarixindən isə daha bir sevinci, qüruru yaşayırıq. Azərbaycanın suverenliyinin tam bərpa edilməsi ilə ölkəmizin həyatında yeni dövr başladı. Bu yeni dövrün başlanğıcı kimi dəyərləndirilən 7 fevral 2024-cü il tarixdə keçirilən növbədənkənar prezident seçkilərində qalib xalqın qalib Lideri olan cənab İlham Əliyevin inamlı qələbəsi ilə Azərbaycanın qarşısında yeni imkanlar açıldı. Dövlətimizin başçısı 14 fevral tarixində Milli Məclisdə keçirilən andiçmə mərasimində bildirdi ki, 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, öz taleyimizi özümüz həll edirik. Ölkə Prezidenti əlavə olaraq bunu da qeyd etdi ki, indi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, buna şübhə etmirik. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə, bütöv Azərbaycan bu dövrə qədəm qoydu, bütövləşmiş birlik nümayiş etdirdi,  seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Güclü Azərbaycan həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Yeni dövr uğurla başlayır, uğurla da davam edəcək.

Qeyd edilənlər son 20 ildən artıq dövrün qısa təqdimatıdır. Bu uğurlarımızın, Zəfərlərimizin başlanğıcı isə Milli Qurtuluş Günüdür. Hər bir uğur böyük səylərin, qətiyyətin, düzgün müəyyənləşdirilən və gələcəyə hesablanmış siyasətin nəticəsidir. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları yaddaşlardadır. Həmçinin 1991-ci ildən 1993-cü ilin iyununadək olan dövr müstəqillik tariximizin qaranlıq səhifəsi kimi daim vərəqlənir. Tariximizin hər bir səhifəsinin vərəqlənməsi, indiki və gələcək nəsillərə çatdırılması hər zaman qarşımızda dayanan əsas vəzifələrdəndir. Dövlət başçısı İlham Əliyevin çağırışlarında qeyd edildiyi kimi, gənc nəsil nəyin bahasına müstəqilliyi qoruyub saxladığımızı, kimə borclu olduğumuzu bilməlidir. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq.
1993-2003-cü illər ölkəmizin həyatında həlledici illər oldu.  Dövlətçiliyin əsasları qoyuldu. Milli Konstitusiyamız qəbul edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycan beynəlxalq təcriddən xilas oldu. Ölkəmiz müstəqil dövlət kimi beynəlxalq münasibətlər sistemində yeri və rolunu artırdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ölkəmizdə yaradılan sabitlik və normal biznes mühiti iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının artması ilə müşaiyət olundu.  Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi” imzalandı. Bu saziş ölkəmizin bu gününə və gələcəyinə inamı artırdı, Azərbaycanı etibarlı tərəfdaş kimi tanıtdı. Məhz bunun nəticəsidir ki, “Əsrin müqaviləsi”nin 20 illiyində çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin təməli qoyuldu, 23-cü illiyində, yəni 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı.  Azərbaycanın iqtisadi və maliyyə imkanlarının artması digər sahələrdə, xüsusilə müstəqilliyimizin və suverenliyimizin qarantı olan ordu quruculuğu sahəsində mühüm addımların atılmasını şərtləndirdi. Nizami ordumuz yox idi. Müstəqilliyimizin bərpasının ilk illərində torpaqlarımızın biri-birinin ardınca işğalında əsas səbəblərdən biri Silahlı Qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsi ilə məşğul olması idi.

Azərbaycanın müasir dövlətçilik tarixinin ən faciəli dövrünə çevrilən 1993-cü ilin iyun hadisələri, kəskinləşən siyasi və hərbi böhran AXC-Müsavat iqtidarının siyasi yarıtmazlığının məntiqi nəticəsi idi. Hələ Gəncə hadisələrinə qədər ölkə idarəolunmaz vəziyyətə gəlib çıxmışdı. Hakimiyyətsizlik hökm sürürdü. 1991 -1993-cü illər ərzində dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürüdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı. Ölkənin ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmişdir. Kriminal düşüncəli adamlar vəzifəyə gətirilirdi. Hakimiyyətə gələndən sonra AXC üzvləri dərhal bir-biri ilə mübarizəyə başladılar. Hakimiyyət daxilində qruplaşmalar yarandı və birincilik uğrunda biri birinə qarşı mübarizə aparıldı. Prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Ali Baş komandan olduğunu unutmuş bu şəxs nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi. Beləliklə, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. İqtidarın bu cür idarəçiliyi vətəndaş müharibəsi və ölkənin parçalanması üçün zəmin yaratdı. Bir sözlə, Azərbaycanın bir dövlət kimi varlığı sual altında idi.

Xalqımız müstəqilliyimizin bərpasının ilk illərində üzləşdiyi bütün təlatümlərdən, faciələrdən xilas yolunu məhz Ulu Öndər şəxsiyyətində görürdü. Azərbaycanın yaşadığı o çətin günlərdə bütün diqqət Naxçıvana yönəldi. Çünki xalqımız bilirdi ki, Ümummilli Lider Heydər Əliyev canından artıq sevdiyi Azərbaycanın yaşadıqlarına biganə qalmayacaq, zəngin idarəçilik təcrübəsindən istifadə edərək ölkəmizi düşdüyü bu ağır vəziyyətdən xilas edəcək. Xalq ayağa qalxdı, dahi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edib Bakıya gəldi. Daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyev ona bəslənən ümidləri doğrultmaq üçün həmin günlərdə ölkəni xilas etmək kimi böyük bir məsuliyyəti öz üzərinə götürdü. Xilaskarlıq missiyasını yerinə yetirən Ulu Öndər hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə getdi və orada baş qaldırmış qiyamın qarşısını aldı. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə Azərbaycanın həyatında yeni mərhələ başladı.  O, doğma  Azərbaycanın xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Bunlar müstəqillik tariximizin Ulu Öndər Heydər Əliyev ilə bağlı dövrünün mühüm məqamlarıdır. 1993-cü il iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin xilasına yol açan böyük siyasi hadisə kimi tarixə həkk olundu. 15 iyun tarixi  Azərbaycanın qurtuluşunun, tərəqqisinin başlanğıc tarixi oldu. Milli Məclis xalqın  arzu və istəklərini nəzərə alaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun tarixinin Milli Qurtuluş Günü elan edilməsi ilə bağlı qərar qəbul etdi. Bu qərar 1997-ci ildə rəsmiləşdirildi.

Azərbaycanın müstəqillik tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət Heydər Əliyev xilaskarlıq missiasını yerinə yetirərək Azərbaycanın müstəqilliyini daimi və dönməz etdi. Təbii ki, Onun Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işləri bir yazıda əhatə etmək qeyri-mümkündür. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin yaşadıqlarına diqqəti yönəltməklə bir daha Milli Qurtuluş Gününün xalqımız tərəfindən necə böyük sevinc, qürur hissi ilə qeyd edildiyini şərtləndirən məqamları indiki və gələcək nəsillərə çatdırmaq istədik. Azərbaycan dövlətinin, xalqının nədən xilas olduğunu gənc nəsil bilməlidir. Milli Qurtuluş Günündən başlanan yolun uğurları isə bugünkü müasir müstəqil, qalib, bütövləşən Azərbaycanın reallıqlarında özünün  aydın ifadəsini tapır. Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Bu arzu  27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Azərbaycanın üçrəngli Bayrağı işğaldan azad edilmiş bütün ərazilərimizdə dalğalanır. Azad Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıtdıqları üçün sevinclidirlər. Bu torpaqlarda yeni həyat başlayır.
Müstəqillik tariximizdə ilk dəfə olaraq bu il Milli Qurtuluş Günü bütün ölkə ərazisində qeyd edilir. Milli Qurtuluş Günündən başlanan yol Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsini şərtləndirdi. Bu reallığı hər birimiz böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev adını müstəqillik tariximizə müstəqilliyimizin, Onun layiqli davamçısı, Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı. Bu gün paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş torpaqlarımızın, xüsusilə Şuşanın da beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi, həmçinin mühüm sənədlərin imzalanması üçün ideal məkan kimi qəbul edilməsi qürurvericidir. 2021-ci il 15 İyun-Milli Qurtuluş Günündə dünyaya səs salan Şuşa Bəyannaməsi imzalandı. Azərbaycan və Türkiyənin dostluğunu, qardaşlığını və müttəfiqliyini rəsmiləşdirən bu sənədin Şuşada imzalanmasının öz rəmzi mənası vardır. İki dost, qardaş ölkənin münasibətləri dünyaya dostluq, qardaşlıq nümunəsidir. Bu nümunənin məhz Şuşadan nümayiş etdirilməsi özündə mühüm çağırışları əks etdirir.
Şuşa Bəyannaməsində iki ölkənin ayrı-ayrı sahələrdə gələcək inkişafını özündə ehtiva edən müddəalar əks olunub. Ümumilikdə bu sənəd münasibətlərimizin gələcək inkişafı üçün yol xəritəsi kimi dəyərləndirilir. Azərbaycan-Türkiyə əlaqələrinin hərbi sahədə inkişafı da prioritet məsələlərdəndir. Mühüm məsələlər sırasında iki qardaş ölkənin diasporunun birgə fəaliyyəti, media sahəsində əməkdaşlıq da xüsusi yer tutur. Nəzərə alsaq ki, Ermənistan qardaş Türkiyəyə qarşı əsassız “erməni soyqırımı” iddiası ilə çıxış edir bu halda diaspor təşkilatlarının birgə fəaliyyətinin, Türkiyə-Azərbaycan Ortaq Media Platformasının yaradılmasının əhəmiyyəti özünü qabarıq şəkildə büruzə verir. Erməni yalanlarına qarşı atılan birgə addımlar, eyni zamanda, dünyaya birlik, həmrəylik mesajlarıdır. Bu tarixi anı unudulmaz edən digər bir məqam isə Şuşa Bəyannaməsinin imzalanmasının Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsi oldu. Şuşa Bəyannaməsini imzalayarkən Prezident İlham Əliyev bu məqamı xatırladaraq bildirmişdir: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır.”

1921-ci il tarixli Qars müqaviləsinə əsasən Naxçıvanın təhlükəsizliyinin təminatçısı olan Türkiyə 100 ildən sonra imzalanan Şuşa Bəyannaməsi ilə bütövlükdə Azərbaycanın, ümumilikdə isə regionun təhlükəsizliyinin zəmanəti qismində çıxış edir. Bəyannamə hər iki dövlətin ümumi maraqlarının qorunmasına, yeni imkanların birləşdirilməsinə, regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənib. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə birliyini, həmrəyliyini daha da möhkəmləndirir. Dövlət başçısı İlham Əliyev bu münasibətləri “Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda biz – iki qardaş ölkə öz siyasətimizlə bu birliyi möhkəmləndiririk” fikirləri ilə diqqətə çatdırır.

Qlsa təhlil onu deməyə əsas verir ki, Heydər Əliyev yolu bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı, müttəfiqliyi daim dünyaya nümunə olacaq. Qarşılıqlı etimada əsaslanan əlaqələrimizin gələcək inkişafı üçün möhkəm təməl mövcuddur. Bir millətin iki dövləti olan Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi regionda sülhün, təhlükəsizliyin qarantıdır.

 

Ülker PİRİYEVA/AZERBAYCAN

REKLAM ALANI