Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Malatya °C

Sinqapur Prezidenti Astana Dostluq Evindəki Azərbaycan Mərkəzini ziyarət edib

Sinqapur Prezidenti Astana Dostluq Evindəki Azərbaycan Mərkəzini ziyarət edib
REKLAM ALANI
24.05.2023
A+
A-

 

 

 

 

Sinqapur Prezidenti Astana Dostluq Evindəki Azərbaycan Mərkəzini ziyarət edib

2023

Qazaxıstana səfəri çərçivəsində Astanadakı Dostluq Evini ziyarət edən Sinqapur Prezidenti Həlimə Yaqub buradakı Azərbaycan Mərkəzində nümayiş olunan milli-mədəni ekspozisiyalarla tanış olub.

Sinqapur Prezidenti Astana Dostluq Evindəki Azərbaycan Mərkəzini ziyarət edib
Möhtərəm qonağı Azərbaycanın milli geyimində qarşılayan “Xəzər” Azərbaycan Etnomədəni Birliyin sədri Mahir Rzayev xalqımızın zəngin mədəni irsi barədə Sinqapur dövlət başçısına məlumat verib. Birliyin sədr müavini Sadiq Namazovun tarda Sinqapurun Dövlət Himnini ifa etməsi qonağa xoş anlar yaşadıb. Görüşün sonunda Sinqapur Prezidentinə üzərində “Qarabağ Azərbaycandır!” yazılmış suvenir boşqab hədiyyə edilib.

 

 

 

Qeyd edək ki, Sinqapurun ilk qadın Prezidenti Həlimə Yaqub öz “Instagram” səhifəsində Astana Dostluq Evinin fəaliyyəti ilə tanış olduğu barədə xəbəri və bir neçə fotoşəkli paylaşıb. Həlimə Yaqubun birliyin sədri Mahir Rzayevlə görüşünü əks etdirən fotoşəkil də onların arasındadır.

“Astana şəhərinin meri Jenis Kasımbek və Qazaxıstan Xalqları Assambleyası sədrinin müavini Marat Azilxanovla görüşdüyüm Astana Dostluq Evinə səfərim zamanı Qazaxıstanın etnik və mədəni müxtəlifliyi ilə tanış olmaqdan da məmnunam. Sinqapur kimi, Qazaxıstan da çoxmillətli və çoxkonfessiyalı ölkədir. Cəmiyyətlər müxtəlifliklə müəyyən edildiyi üçün bir-birimizdən çox şey öyrənə bilərik”, – deyə Həlimə Yaqub yazıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/sinqapur-prezidenti-astana-dostluq-evindeki-azerbaycan-merkezini-ziyaret-edib-2992

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.